AZ

"Haber Global" XIII Qlobal Bakı Forumunun ikinci günündən süjet hazırladı - VİDEO

"Haber Global" telekanalında XIII Qlobal Bakı Forumunun ikinci günü ilə bağlı süjet yayılıb.

Ölkə.Az-ın xəbərinə görə, Türkiyə telekanalı tədbirlə bağlı ətraflı məlumat verib.

"İkinci günün ilk iclasının mövzusu ətraf mühitlə bağlı oldu. Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişiklikləri naziri Murat Kurum çıxışında enerji təhlükəsizliyi və ölkələrin öz enerji ehtiyacını ödəyə bilmə potensialının əhəmiyyətinə diqqət çəkdi.

Nazir iyul ayında Antalyada keçiriləcək və Türkiyənin ev sahibliyi edəcəyi COP31-lə bağlı danışaraq, Azərbaycanın COP29-dakı uğurlu idarəçiliyini nümunə göstərib.

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da forumda çıxış etdi. O, dünyanın müxtəlif bölgələrindəki münaqişələrdə Birləşmiş Millətlər Təşkilatının fəaliyyətsizliyini vurğuladı və sözügedən qurumun islahatlara ehtiyacının olduğuna diqqət çəkdi. Forum dünya gündəmindəki mövzuları müzakirə etməyə davam edir", - deyə telekanalın reportajında bildirilib.

Seçilən
10
1
olke.az

2Mənbələr