Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi qədim dövrlərə aid eksponatları ilə digər muzeylərdən xüsusilə seçilir. Burada diqqətimi çəkən eksponatlar arasında qavaldaşı xüsusilə maraqlı idi. Çünki bundan əvvəl Mərdəkan qalası və Qobustan Milli Tarix-Bədii Qoruğunda olan qavaldaşlarını da çəkmişdim.
Öncə qeyd edək ki, qavaldaş təbii şəkildə formalaşmış, lakin səsvermə xüsusiyyəti ilə seçilən daşdır. Ona kiçik daşla vurulduqda qavalı xatırladan cingiltili, metalvari səs çıxarır.
Tarixi məlumatlara görə, qavaldaş Azərbaycanın, xüsusilə Abşeron yarımadasının ən qədim səs alətlərindən biridir. Arxeoloji araşdırmalara görə, qavaldaş əsasən mərasim və ritual məqsədləri üçün istifadə edilib. Qədim icmalarda səsin mistik və qoruyucu gücə Qavaldaşın səsi ov mərasimlərində, bayramlarda, icma yığıncaqlarında və dini ayinlərdə mühüm rol oynayırdı. Qavaldaşın digər mühüm funksiyalarından biri də ünsiyyət və xəbərdarlıq vasitəsi olması idi.
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qorunan qavaldaş Abşeron ərazisində aparılmış arxeoloji tədqiqatların nəticəsində aşkar edilib. Qavaldaşın istifadəsi ibtidai icma quruluşu dövrünə, təxminən e.ə. IV–III minilliklərə aid edilir. Qavaldaşlar əsasən Abşeron yarımadası və ona yaxın ərazilərdə tapılıb.
Qavaldaş daha çox müqəddəs və simvolik obyekt kimi qorunmuş, bəzən xalq yaddaşında qədim inancların izi kimi yaşayıb.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.