AZ

BAEA İranda nüvə obyektlərində yeni yoxlamalar üçün dialoqa ümid edir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə obyektlərində yoxlamaların bərpası üçün Tehranla danışıqların aparılacağına ümid edir.

Bizimyol.info xəbər verir ki, bu barədə BAEA-nin baş direktoru Rafael Qrossi Rusiya tərəfi ilə keçirilən idarələrarası məsləhətləşmələrin yekunlarına dair açıqlamasında bildirib.

Onun sözlərinə görə, vəziyyətin yenidən danışıqlar müstəvisinə qayıtması vacibdir ki, agentlik yoxlamaları dialoq yolu ilə bərpa edə bilsin.

“Biz həmçinin çağırırıq ki, vəziyyət yenidən danışıqlara qayıtsın və bu çərçivədə yoxlamalarımızı bərpa edə bilək. Praktiki baxımdan uzunmüddətli və proqnozlaşdırıla bilən yoxlama mexanizmləri üzrə razılaşmalar hazırlanmalı, inspeksiya fəaliyyətimiz normal şəkildə həyata keçirilməlidir. Məqsəd ondan ibarətdir ki, İranın fəaliyyəti nüvə silahının hazırlanması istiqamətindən kənarda qalsın”, – deyə Qrossi vurğulayıb.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
icma.az

1Mənbələr