AZ

Pezeşkian Tehran küçələrində İranın bəzi rəhbər şəxsləri ilk dəfə əhali arasına çıxıb (VİDEO)

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

İran Prezidenti Məsud Pezeşkian ABŞ-İsrail hərbi əməliyyatının başlamasından bəri ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

“AzPolitika” xəbər verir ki, bu barədə İran mediasında və sosial şəbəkələrdə görüntülər yayımlanıb.

Dərc olunmuş videoda Prezidentin küçədə gəzərkən yoldan keçənləri salamladığı görünür. Eləcə də İranın Xarici İşlər naziri Abbas Əraqçi küçədə görüntülənib.

"Bu gün İranda Qüds Günü qeyd olunur və İsrail ilə ABŞ-nin vəhşi hücumlarına baxmayaraq, milyonlarla iranlı Tehranın və digər şəhərlərin küçələrinə çıxaraq güclü iradə və qətiyyət nümayiş etdirdi. Düşmənlər İran xalqının gücünü tanımaq məcburiyyətində qalacaqlar", - deyə İranın XİN başçısı qeyd edib.

Tehran küçələrində görünənlər arasında İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani də olub.

Qeyd edək ki, İranın yeni ali dini rəhbəri Moctaba Xamenei müharibə başlayandan bugünə qədər ictimaiyyət qarşısına çıxmayıb.

“AzPolitika.info”

pic.twitter.com/KwqbQYaHOj

— Newsfeed (@Newsfeed883920) March 13, 2026

pic.twitter.com/uYiizlcaVc

— Newsfeed (@Newsfeed883920) March 13, 2026 Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
azpolitika.info

1Mənbələr