AZ

Arda Turan: “Dünyanın ən yaxşı azarkeşləri “Qalatasaray”lılardır”

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

Arda Turan: “Dünyanın ən yaxşı azarkeşləri “Qalatasaray”lılardır”

“Şaxtyor”un (Ukrayna) baş məşqçisi Arda Turan UEFA Konfrans Liqasının  1/8 final mərhələsinin ilk oyunundan sonra maraqlı açıqlama verib.

Ukrayna təmsilçisi Polşada yerli “Lex” üzərində 3:1 hesablı qələbə qazanıb.

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında stadiondakı atmosferlə bağlı sualı cavablandırarkən bildirib:

“Azarkeşlərə hörmət edirəm, atmosfer gözəl idi. Amma mən “Qalatasaray”lıyam. Dünyanın ən yaxşı azarkeşləri onlardır. “Atletiko” Madriddə də atmosfer inanılmaz idi. Poznan azarkeşlərinə hörmət edirəm, atmosfer gözəl idi, amma dünyada daha yaxşı azarkeşlər görmüşəm. Yenə də deyirəm, hörmət edirəm, amma mən “Qalatasaray”lıyam”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
qol.az

2Mənbələr