Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Siyəzən, 13 mart, AZƏRTAC
Siyəzən rayon sakini, 27 yaşlı Esmira Məmmədova hamam otağında dəm qazından zəhərlənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə martın 12-də rayonun Yenikənd kəndində qeydə alınıb. Bir uşaq anası olan gənc qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. E.Məmmədova bir gün sonra xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırmalar aparılır.
Müxbir - Elxan Yusifli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.