AZ

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah”

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 13 mart, AZƏRTAC

XIII Qlobal Bakı Forumu çərçivəsində “Afrika bu gün və sabah” mövzusunda panel iclas keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasa Dünya Bankının Şərqi və Cənubi Afrika üzrə keçmiş regional vitse-prezidenti Hafez Ghanem moderatorluq edir.

İclasda Belçikanın keçmiş Baş naziri Şarl Mişelin, Maltanın sabiq Baş naziri Cozef Muskatın, Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq üzrə keçmiş Avropa Komissarı Dimitris Avramopulosun, 2003-2007-ci illərdə Qərbi Afrika üzrə BMT Baş katibinin xüsusi nümayəndəsi, 2007-2010-cu illərdə BMT-nin Somali üzrə xüsusi elçisi Ahmedou Ould-Abdallahın, “Liberal İnternasional”ın prezidenti, COP21-in vitse-prezidenti, Mərakeş Krallığının 2015-2017-ci illər üzrə iqlim dəyişikliyi üzrə xüsusi elçisi və COP22-nin yüksək səviyyəli iqlim çempionu Hakima El-Haitenin çıxışları dinləniləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
azertag.az

2Mənbələr