“ABŞ enerji böhranı, zamanı Rusiyanın əhəmiyyətini indi daha yaxşı anlayır”. Bu sözləri Putinin elçisi Vaşinqton görüşündən sonra deyib.
“Biz Rusiya-Amerika münasibətlərinin bərpasına və qlobal enerji bazarlarında mövcud böhrana töhfə verə biləcək perspektivli layihələri müzakirə etdik”, – rusiyalı vasitəçi Kirill Dmitriev deyib.
Rus nefti dünya bazarına yenidən yelkən aça bilərmi??
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən rusiyalı politoloq Bogdan Bezpalko bildirib:

“Hesab edirəm ki, bu, Rusiyanın 30 günlük müvəqqəti neft ixracı qadağasına reaksiyadır. Bu, əlbəttə ki, ABŞ və Rusiya arasında münasibətlərin yaxşılaşmasına görə deyil, ABŞ-da inflyasiya geniş çeşiddə mallara təsir göstərsə də, benzin uzun müddət ucuz qaldı. İndi benzin və digər neft əsaslı yanacağın qiyməti qalxıb”.
Bogdan Bezpalkonun sözlərinə görə, bu, sadə insanlar arasında Trampın dəstəyini azaldıb. İndi, məsələn, insanların avtomobillərinin şüşələrindən Trampı dəstəkləyən stikerləri qopardıqlarına dair görüntülər yayılır. Niyə? Çünki onlar əvvəllər Trampa məhz ona görə səs vermişdilər ki, o, Baydeni yanacaq qiymətlərini daim qaldırdığına görə tənqid edirdi. İndi də Trampın özü müharibəyə başlayıb və nəticədə yanacağın qiymətinin qalxmasına səbəb olub.
Bu, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin uzunmüddətli yaxşılaşmasının nəticəsi deyil deyən siyasətçi əlavə edib:
“Bəli, Rusiya bundan mütləq istifadə edəcək. Çünki bunda pis bir şey yoxdur. Lakin digər tərəfdən, Maliyyə Naziri Skott Bessentin Rusiyanın martın 12-dən əvvəl gəmilərə yüklənmiş neftin 30 gün ərzində sanksiyalarsız satışına icazə verdiyini açıqlamasından sonra belə, qiymətlər hələ də yüksəlir”.
“Deməli, çox güman ki, Rusiyaya neft ixracına 30 günlük icazə verməklə problem həll olunmayacaq. Problem Körfəz müharibəsi, Hörmüz boğazının bağlanması və oradakı tankerlərə hücumlardadır”.
Bu məsələdə Azərbaycan mövzusuna da toxunan politoloq qeyd edib:
“Bu ölkələrdə hasil edilən neftin qiymətini artırır. Bildiyimə görə, Azərbaycan xam neftinin qiyməti təxminən 11 dollar artıb. Deməli, Azərbaycan büdcəsinə əlavə vəsait daxil olacaq. Bunun hazırda ciddi dəyişikliklərə səbəb olacağını düşünmürəm. Amma ola bilsin ki, gələcəkdə neftin qiymətləri nəzarətsiz şəkildə yüksəlməyə davam edər. Bu zaman qiymətlər daha da artacaq”.
“O zaman Rusiya Federasiyası üçün bu müvəqqəti neft ixracı icazələri daimi ola bilər. Və ya onlar müvəqqəti görünən, lakin əslində daimi olan bir şeyə çevrilə bilər. Nə məqsədlə? Sadəcə olaraq neftin bahalaşmasını ləngitmək üçün. Əslində, mənə elə gəlir ki, Amerika rəsmiləri və bəzi ekspertlər həddi aşdılar, çünki bəziləri açıq şəkildə neftin bir barelinin 200 dollara çatacağına inanmadıqlarını bəyan edir və İrana qarşı zərbələri gücləndirməyə çağırırlar. İrana qarşı intensivləşdirilmiş zərbələr, ilk növbədə Fars körfəzi ölkələri, Yaxın Şərq və İsrailə qarşı intensivləşdirilmiş cavab zərbələri demək olardı. Deməli, əgər Azərbaycan müharibəyə girsəydi, eyni şey Azərbaycana da şamil olunacaqdı. Amerikalılar özləri də artıq etiraf ediblər ki, onlar hərbi raket potensialını lazımi səviyyədə qiymətləndirməyiblər. Azərbaycan müharibəyə qarışmasa, o zaman neftin bahalaşmasının bəhrəsini görəcək”, — deyə siyasətçi sonda vurğulayıb.
Dəniz Pənahova
KONKRET.az