ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyada son günlərdə avtomobil yanacağı kəskin bahalaşıb.
Avtosfer.az xəbər verir ki, bu həftə Peterburq birjasında benzinin qiyməti 8 faiz, dizel yanacağının isə 14 faiz artıb.
Hələlik artım yanacaqdoldurma məntəqələrində hiss edilmir. Sürücülərin dəyişikliyi gələn həftədən hiss edəcəyi gözlənilir.
Xəbər əhalinin narahatlığına səbəb olub.
Azərbaycana gəlincə: qiymət artımı Azərbaycanın karqo şirkətlərinə də təsir edəcək. Yanacaq qiymətinin artması logistika xərclərinə təsir göstərir. Bununla belə, yaxın bir neçə gündə Rusiya və Belarusdan idxal edilən məhsullarda qiymət artımı gözlənilmir.
Vüqar
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.