AZ

Ölkədə əhali azalır, doğum aşağı düşür

Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub.

Bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentin martın 13-də keçirilən plenar iclasında deyib.

O bildirib ki, 2015-ci ildə Azərbaycanın məktəblərində 1,5-1,6 milyon uşaq təhsil alırdısa, bu temp davam etsə, bir neçə ildən sonra bizim məktəblərimizdə oxuyanların sayı təxminən 1 milyon olacaqdır: “Bu isə 50 minə yaxın müəllimin ixtisarı risklərini yaradır. Bir neçə on ildən sonra isə, yəqin ki, pensiyada olan əhali ilə işləmə qabiliyyətində olan əhali arasında nisbətdə ciddi dəyişikliklər baş verəcək. Bu da həm iqtisadiyyatımıza, həm də sosial siyasətimizə ciddi təsir göstərə bilər”.

“Güman edirəm ki, 2026-cı ildə və ondan sonrakı illərdə hökumətimizin demoqrafik məsələlərə diqqəti artırılacaq”, – deyə Ə.Əhmədov əlavə edib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
1
azpost.info

6Mənbələr