BAKI, 13 mart. TELEQRAF
“Ermənistan xalqı sülh və ya müharibə yolu arasında seçim etməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Baş nazir ölkə vətəndaşlarını Qarabağ barədə danışanda ehtiyatlı olmağa çağırıb.
“Biz “Artsax Respublikası”, “Qarabağ hərəkatı” dedikdə başa düşməliyik ki, bu sözün öz çəkisi və nəticələri ola bilər. Bu ifadələr istər kilsədə, istər elmi müzakirələrdə, istərsə də ictimai müstəvidə səsləndiriləndə elə bir variant yoxdur ki, nəticədə müəyyən mərhələdə münaqişəyə gətirib çıxarmasın.
Vətəndaşlar seçim etməlidir: “Qarabağ hərəkatı” müharibəyə gətirib çıxarır, ondan imtina isə sülhə aparır”, - o vurğulayıb.