ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial şəbəkələrdə Bakı Bulvarı ilə bağlı maraqlı və xoş görüntülər yayılıb. Paylaşılan videolarda bulvarın bir hissəsinin xüsusi dekorasiyalarla bəzədildiyi görünür. Həmin ərazidə böyük ölçülü güllər həm yerdə, həm də havadan asılmış formada yerləşdirilib. Rəngarəng güllər parkın ümumi görünüşünə xüsusi gözəllik qatır. Bu dekorasiya bulvara gələn insanların diqqətini cəlb edir və foto çəkdirmək üçün maraqlı məkan yaradır.Sosial şəbəkə istifadəçiləri də görüntüləri bəyənərək paylaşırlar. Bir çoxları bunun şəhərdə yaz ab-havasını daha da hiss etdirdiyini qeyd edir. Bildirilir ki, bu cür dekorativ bəzəklərin bulvarın digər hissələrində də qurulması planlaşdırılır. Əgər belə olarsa, paytaxtın ən sevilən istirahət məkanlarından biri olan bulvar daha da cəlbedici görünəcək. Bu cür təşəbbüslər həm şəhər sakinləri, həm də turistlər üçün xoş və estetik mühit yaradır.
Dənizkənarı Bulvar İdarəsi Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin dekor baharın gəlişi və Novruz Bayramı münasibətilə quraşdırılıb. Dekorların 1 ay müddətində həmin ərazidə qalması nəzərdə tutulur. Bununla bağlı sabah media-tur təşkil olunacaq.
@mmdvperi Bulvardakı hazırlıqlar? #baku #fyp #fypシ #fypage #spring ♬ originalljud - user9283848281934
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.