AZ

Onlar bir-birinə oxşayırlar - Buranı ona təhvil vermək klubu məhvə aparar”

“Barselona”nın sabiq prezidenti Xuan Laporta, klubun yeni rəhbəri ola biləcək Viktor Font haqqında danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Laporta, klubun prezidenti postuna seçkilərdə rəqibi olan namizəd haqda belə deyib:

"Xosep Bartomeu (“Barselona”nın sabiq prezidenti) Fonta səs verəcəyini dedi və bu, məni təəccübləndirmədi.

Onlar bir-birinə oxşayırlar. “Barselona”nı Fonta təhvil vermək klubu məhvə aparar”.

Laporta Kataloniya klubunun prezidenti vəzifəsini 2021-ci ilin yazından bəri icra edirdi. Seçkilər 15 martda keçiriləcək və Font Laportanın əsas rəqibi hesab olunur.

Seçilən
35
sportinfo.az

1Mənbələr