AZ

Adnan Əhmədzadənin həbs müddəti uzadıldı

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Azpost.info APA -ya istinadən xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabr ayında DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

AzPost.az

Seçilən
1
15
azpost.info

10Mənbələr