AZ

Zəngilan rayonunda Ekoloji məsələlər üzrə İşçi qrupunun iclası keçirildi

Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası başa çatıb.

Teleqraf-ın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, iclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev görülən işlər və cari məsələlər haqqında danışıb.

AMEA-nın vitse prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının biomüxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növləri haqqında çıxış edib.

“Böyük qayıdışa dair I Dövlət Proqramı” üzrə həyata keçirilən ekoloji fəaliyyətlərvə “Böyük qayıdışa dair II Dövlət Proqramı”nın layihəsi üzrə təklif edilən tədbirlər haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin sektor müdiri Amil Sefiyev və həmin şöbənin baş məsləhətçisi Murad Şahverdiyev danışıb.

Qeyd edək ki, iclasda bir sıra mövzular müzakirə edilib.

Seçilən
31
teleqraf.com

1Mənbələr