AZ

Bakının bu ərazisində yüzlərlə bina su altında qalıb Deputat

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Bakıxanov qəsəbəsi ərazisində bəzi yaşayış binalarının zirzəmilərində suyun qarşısını almaq üçün müəyyən işlər görülsə də, problem tam şəkildə aradan qaldırılmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

“Yüzlərlə binada oxşar vəziyyət hələ də qalmaqdadır. Sabunçu rayonu ərazisində kanalizasiya sistemi ilə bağlı çətinliklər indiyədək həllini tapmayıb.

Yağışlı hava şəraitində küçələr və ətraf sahələr su altında qalır və bu vəziyyət gün çıxana qədər davam edir. Gərək günəş olsun ki, həmin sular qurusun. Nəticədə sakinlərin gündəlik fəaliyyəti xeyli çətinləşir”.

Millət vəkili bildirib ki, problemin aradan qaldırılması üçün yalnız müvəqqəti tədbirlər kifayət etmir:

“Bu sahədə uzunmüddətli və səmərəli layihələr hazırlanmalı, praktiki şəkildə həyata keçirilməlidir”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
globalinfo.az

1Mənbələr