Deputat ATƏT-in tədbirində iştirak edəcək
Milli Məclisin deputatı və ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov martın 15-də Avstriya Respublikasının Vyana şəhərinə səfər edəcək.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Millət vəkili səfər çərçivəsində ATƏT-in "Demokratik dayanıqlılıq üçün qanun yaradıcılığı” mövzusunda keçiriləcək insan ölçüsü üzrə birinci əlavə görüşdə iştirak edəcək.
Səfər martın 18-də başa çatacaq.