AZ

Eminemin nənəsi döş xərçəngindənvəfat etdi




Eminemin nənəsi Betti Kresin 88 yaşında vəfat etdi.

Medicina.az xəbər verir ki, o, 11 martda Missuridəki evində döş xərçəngindən qaynaqlanan ağırlaşmalar səbəbindən vəfat edib.

Betti, Eminemin anası Debbi Nelsonun anası idi. Debbi 2024-cü ilin dekabr ayında xərçənglə mübarizə apararaq vəfat edib, o, ağciyərlər də xərçəng xəstəliyindən əziyyət çəkirdi.

2000-ci illərin əvvəllərində Betti Kresin Britaniyanın "The Mirror" qəzetinə müsahibə verərək, nəvəsinin şöhrət qazandıqdan sonra keçirdiyi dəyişikliklərdən məyus olduğunu bildirib. O, "şirin və qayğıkeş bir oğlanın" necə tamamilə fərqli bir insana çevrildiyini başa düşə bilmirdi.

"Onun iyrənc sözlərini eşidəndə inana bilmirəm ki, bu mənim Marşalımdır, bir vaxtlar dizlərimdə oturan eyni oğlan", - deyə Betti xatırlayır.

Aygün Musayeva


Seçilən
25
1
medicina.az

2Mənbələr