AZ

SEPAH ərəb dövlətlərinə ABŞ vətəndaşlarını otellərində yerləşdirməməyiBİLDİRDİ

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ərəb dövlətlərinə ABŞ vətəndaşlarını otellərdə yerləşdirməməyi və amerikalıların toplaşdığı ərazilərdən uzaq durmağı tövsiyə edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Açıqlamada deyilir: “SEPAH ərəb qardaşlarına amerikalıları otellərdə yerləşdirməməyi və yerləşdikləri yerlərdən uzaq durmağı tövsiyə edir”.

SEPAH-ın kəşfiyyat xidməti iddia edir ki, ABŞ “qonşu ərəb ölkələrinin sakinlərindən canlı qalxan kimi istifadə etmək niyyətindədir”.

Həmçinin bildirilib ki, İran qüvvələri “amerikalıları izləyəcək, yerini müəyyən edəcək və hədəf alacaq”.

Aminə ŞAHSUVARQIZI

Seçilən
10
1
redaktor.az

2Mənbələr