AZ

Rusiya DİN hərbçilərin qohumlarını aldatmaq üçün yeni sxem aşkar edib

Rusiyada fırıldaqçılar hərbçilərin qohumlarını aldatmaq üçün yeni üsuldan istifadə etməyə başlayıblar.

Herbiand.az bildirir ki, Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı Departamentinin Telegram kanalına görə, onlar indi özlərini meyitxana işçiləri kimi təqdim edirlər.

Məlumata görə, saxta işçilər insanlara döyüş əməliyyatları zamanı yaxınlarını itirdiklərini deyirlər. Ölən şəxsin əşyalarını təhvil vermək bəhanəsi ilə poçtun indeksi və SMS-dən kod təqdim etməsini xahiş edir və bunun göndərişə razılığı təsdiqləmək üçün lazım olduğunu bildirirlər. Hədəf xüsusi hərbi əməliyyat zonasında həyatını itirən və ya itkin düşən hərbçilərin qohumlarıdır.

Rusiya Daxili İşlər Nazirliyi insanları yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə, şəxsi məlumatları və təsdiq kodlarını naməlum şəxslərə açıqlamamağa çağırıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr