AZ

ABŞ Avropanı parçalamaq istəyir - İDDİA

ABŞ ilə Avropa İttifaqı arasında son illərdə artan siyasi gərginlik və qarşılıqlı ittihamlar yeni açıqlamalarla gündəmə gəlib.

Musavat.com bildirir ki, Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas ABŞ-nin Avropaya münasibəti ilə bağlı sərt açıqlama verib.

Kallas “Financial Times” nəşrinə müsahibəsində deyib:

“Düşünürəm ki, hamı üçün aydın olmalıdır: ABŞ açıq şəkildə göstərib ki, Avropanı bölmək istəyir. Onlara Avropa İttifaqı xoş gəlmir”.

Onun sözlərinə görə, Vaşinqton Avropa İttifaqına qarşı bəzən təşkilatın rəqiblərinin istifadə etdiyi taktikalardan yararlanır.

Xatırladaq ki, ABŞ administrasiyası ötən ilin dekabrında yeni milli təhlükəsizlik strategiyasını açıqlayaraq Avropa ölkələrindən müdafiə sahəsində daha böyük məsuliyyət götürməyi tələb edib. Vaşinqton həmçinin Ukrayna müharibəsi ilə bağlı Avropa siyasətçilərinin bəzi gözləntiləri real vəziyyətə uyğun olmadığını vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio isə Avropa ilə fikir ayrılıqlarının əsas səbəblərindən birinin Qərbdə artan miqrasiya problemi və Avropa ölkələrinin gələcəyilə bağlı narahatlıq olduğunu qeyd edib.

ABŞ prezidenti Donald Tramp da bir neçə dəfə Avropanın yanlış istiqamətdə hərəkət etdiyini bildirmiş, dövlət xərclərinin artmasını və xarici idxaldan həddindən artıq asılılığı tənqid etmişdi. 

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr