AZ

Türkiyə COP31-ə sədrlik edən ölkə kimi əvvəllər əldə edilmiş razılaşmaları gücləndirmək niyyətindədir - Murat Kurum

Bakı. Trend:

COP31 ə sədrlik edən ölkə kimi Türkiyə əvvəllər əldə edilmişrazılaşmaları gücləndirmək niyyətindədir.

Trend xəbərverir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlimDəyişiklikləri naziri Murat Kuruм bu gün “Keçid dövründə olandünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIIIQlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

“1992-ci ildən bəri bütün qlobal çağırışlara baxmayaraq,tərəflərin konfransları prosesi zamanı əhəmiyyətli irəliləyiş əldəolunub. Təbii ki, bu proses Paris Sazişinin qəbulundan sonrayenilənib və hələ də son dərəcə dəyərlidir. Bu günədək qəbuledilmiş bütün qərarlar böyük əhəmiyyət kəsb edir. Keçmiş COPprezidentləri tərəfindən dəstəklənmiş bütün proseslər bizim üçünvacibdir. COP31-ə sədrlik edən ölkə kimi biz əvvəllər əldə edilmişrazılaşmaları gücləndirməyi və keçmişdə atılmış bütün addımlarımöhkəmləndirməyi planlaşdırırıq. Bu istiqamətdə əlimizdən gələniedəcəyik”, – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə həmçinin maliyyələşmənin konkretlayihələrdə əksini tapması üçün COP31 çərçivəsində bir çoxtəşəbbüslərin həyata keçirilməsini təmin etməyə ümid edir.

“Beləliklə, COP31 bu baxımdan sadəcə bir konfrans olmayacaq,eyni zamanda qərarların qəbul ediləcəyi fəaliyyət prosesinəçevriləcək”, – o bildirib.

Məqalədə:
Seçilən
32
2
az.trend.az

3Mənbələr