AZ

Türkiyəyə İrandan növbəti ballistik raketin atıldığı təsdiqləndi

Türkiyə Milli Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun "X" sosial səhifəsində məlumat paylaşılıb.

Məlumatda bildirilib ki, İrandan atılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib:

"Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər cür təhdidə qarşı lazımi bütün tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülməkdə, hadisənin bütün aspektləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılmaqdadır Milli təhlükəsizliyimiz prioritet olmaqla bölgədəki bütün hadisələr diqqətlə izlənilməkdə və qiymətləndirilməkdədir".

Seçilən
31
5
bakivaxti.az

10Mənbələr