AZ

Vernidub “Neftçi”nin oyunçularına elə sözlər dedi, “dişinin dibində” heç nə qalmadı!

«Neftçi»nin futboçluları sərt tənqid olunub. Bunu Yuri Vernidub edib.

Baş məşqçi Premyer Liqanın 23-cü turunda «Turan Tovuz»a öz meydanında 0:1 hesabıyla uduzan komandasının üzvlərini o ki var danlayıb.

Ukraynalı mütəxəssis bu məğlubiyyətlə avrokuboklara vəsiqə şanslarının daha da azaldığını bildirib,

Qeyd edib ki, əksər oyunçular bu matçda onda böyük məyusluq yaradıb.

«Mən sizə belə oynamağı tapşırmamışdım» söyləyən çalışdırıcı deyib ki, son qarşılaşma onların bir neçəsinin «Neftçi»nin formasını geyinməyə haqq etmədiyini göstərib.

İstər müdafiə, istər yarımmüdafiə, istərsə də hücum fazasında ciddi səhvlərə yol verdiklərini dilə gətirən Vernidub apardığı analizin göstəricilərini açıqlayıb.

Ötən ilin dekabrından bu tərəfə «ağ-qaralar»ın sükanı arxasında dayanan məşqçi vurğulayıb ki, «Turan Tovuz» onlardan üstün olmadığı halda,

Bakıdan 3 xal aparıb. Vernidub «Qəbələ» ilə qarşıdakı matçdan etibarən əsas heyətdə müəyyən dəyişiklər edəcəyini diqqətə çatdırıb.

SPORTİNFO.AZ

Seçilən
17
sportinfo.az

1Mənbələr