AZ

Mərkəzi Asiya və Cənubi Qafqaz qlobal nəqliyyat sisteminin ən fəal iştirakçılarına çevrilə bilər

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycanın Mərkəzi Asiya regionu ilə yaxınlaşması strateji əhəmiyyət kəsb edən tarixi bir prosesdir. Prezident İlham Əliyevin Mərkəzi Asiya liderləri ilə bir araya gəlməsi iqtisadi, ticarət və xüsusilə enerji sahəsindəki əməkdaşlığımız üçün müstəsna əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Orta Dəhliz və Avrasiya Bağlantısı Qapısı” mövzulu panel iclasda çıxışı zamanı deyib.

Özbəkistanın Zəngəzur dəhlizinin açılmasını dəstəkləyən ölkələrdən biri olduğunu vurğulayan Abdulaziz Kamilov hesab edir ki, bu dəhliz yeni bazarlara çıxış imkanı yaradacaq. "Vahid nəqliyyat sisteminin formalaşdırılması üçün Orta Dəhliz çox vacibdir. Bu məqsədlə xüsusi işçi qrupunun yaradılmasını təklif edirik. Beləliklə, Mərkəzi Asiya və Cənubi Qafqaz qlobal nəqliyyat sisteminin ən fəal iştirakçılarına çevrilə bilər", - deyə o qeyd edib.

Seçilən
1
2
azertag.az

3Mənbələr