AZ

Sosial media fenomeni evində ölü tapıldı: Səbəbi araşdırılır

"İşte Benim Stilim" müsabiqəsi ilə tanınan sosial media fenomeni Ayşegül Eraslan evində ölü tapılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, fenomenin ölüm səbəbi hələ açıqlanmayıb.

Lakin onun “Instagram” hesabındakı son paylaşımlar intihar ehtimalı ilə bağlı fərziyyələrə səbəb olub.

"Ya mən həssasam, ya da həyat həqiqətən pisdir. Tək istədiyim odur ki, itlərimə yaxşı baxasınız. Həyatımda həmişə insanlara dəyər vermişəm. Atamdan da üzr istəyirəm. Bu həyatda heç vaxt ana və ya ata sevgisi yaşamamışam, çox zorakı bir mühitdə böyümüşəm", - ölümündən əvvəl Eraslan sosial media paylaşımında yazıb.

Seçilən
13
publika.az

1Mənbələr