AZ

Eka Tkeşelaşvili: Regionun inkişafında İlham Əliyevin xüsusi rolu var

Cənubi Qafqaz regionunun inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolu var.

"Report" xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan "Orta Dəhliz və Avrasiya Bağlantı Keçidi" adlı paneldə deyib.

O vurğulayıb ki ki, uzun müddət bir sıra dövlətlər region ölkələrinə "zəif subyektlər" kimi baxııblar:

"Bu gün vəziyyət dəyişib. Regionumuz güc və sabitliyin mərkəzinə çevrilib, qlobal tərəfdaşlar üçün etibarlılığını artırıb. Daha çox inkişaf müşahidə olunur. Bölgə ölkələrinin rəhbərləri də bu inkişafda böyük rol oyanırlar. Burada xüsusilə İlham Əliyevin rolu böyükdür".

E.Tkeşelaşvili regionun artıq hansısa ölkədən asılı olmağıdını qeyd edib:

"Bölgə dərin strateji əməkdaşlıq sayəsində əldə etdiyi güc və suverenliyini yenidən bərpa edib. Müşahidələr göstərir ki, bu əməkdaşlıq sayəsində yeni bir regional orta güc anlayışı ortaya çıxır. Həmçinin regiona investisiyalar artır, bölgə ölkələri də investisiyalar qoya bilir. Bununla da etibarlı investorlara çevrilirlər".

O, 2025-ci ildə Azərbaycan, ABŞ, Ermənistan liderlərinin iştirakı ilə baş tutan Vaşinqton sammitini müsbət dəyərləndirib:

"Artıq Azərbaycan və Ermənistan arasında sülh bağlanır, ticarət əlaqələri inkişaf edir".

Seçilən
34
far.az

1Mənbələr