AZ

Azərbaycan nəqliyyat dəhlizlərindən 566,5 milyon manat gəlir əldə edib - AÇIQLAMA

"Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mühüm tərəfdaş olduğunu vurğulayıb. 2025-ci ildə Cənub-Qərb dəhlizi ilə Azərbaycan üzərindən daşınan yüklər 394,2 min tondan 533,6 min tona yüksələrək 35% artım göstərib. Həmin il Şərq-Qərb dəhlizi ilə 16,9 milyon ton, Şimal-Cənub ilə 9,3 milyon ton, Şimal-Qərb ilə isə 5,8 milyon ton yük daşınıb".

QHT.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, gəlirlərdə ən böyük pay Şərq-Qərb dəhlizinə (324,4 milyon manat) məxsusdur, Şimal-Cənub 128,7 milyon, Şimal-Qərb isə 113,2 milyon manat gəlir gətirib. Ümumilikdə beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımalar Azərbaycana 566,5 milyon manat gəlir qazandırıb.

Seçilən
54
qht.az

1Mənbələr