AZ

"Zirə" "Qarabağ"la oyuna itkisiz hazırlaşır

Misli Premyer Liqasının (MPL) 24-cü turunda "Qarabağ"ı qəbul edəcək "Zirə"nin heyəti ilə bağlı son vəziyyət bəlli olub.

Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:

"Hazırda cəzalı və ya zədəli futbolçu yoxdur. Komanda "Qarabağ"la oyunun hazırlıqlarını tam heyətlə davam etdirir".

Qeyd edək ki, "Zirə" - "Qarabağ" qarşılaşması sabah keçiriləcək. Matçın start fiti 19:15-də səsləndiriləcək. Hazırda MPL-in turnir cədvəlində "köhlənlər" 49 xalla 2-ci, qəsəbə təmsilçisi isə 39 xalla 4-cü yerdədir.

Nihat

Seçilən
2
1
fanat.az

2Mənbələr