AZ

Azərbaycanla UNCTAD iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Bakı. Trend:

Azərbaycan və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD)iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri MikayılCabbarov "X" hesabında paylaşım edib.

"13-cü Qlobal Bakı Forumu çərçivəsində BMT-nin Ticarət vəİnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi xanım Rebeka Qrinspanilə görüşdük.

İqtisadi tendensiyalar, qlobal biznes mühitinin və beynəlxalqticarət əlaqələrinin cari vəziyyəti barədə müzakirələrimizoldu.

İqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal ticarət üzrəpotensialın artırılması proqramlarının təşkili, innovasiyaekosisteminin dəstəklənməsi istiqamətində UNCTAD ilə əməkdaşlığıngücləndirilməsi imkanlarını vurğuladıq", - paylaşımda qeydedilib.

Məqalədə:
Seçilən
27
az.trend.az

1Mənbələr