AZ

Qızılın yaranması ilə bağlı yeni elmi nəticələr açıqlanıb

"University of Tennessee" alimləri qızıl kimi ağır elementlərin necə yarandığını izah edən yeni nəticələr əldə ediblər.

QHT.az xarici mediaya istinadən bildirir ki, qızıl və platin kimi elementlər ulduzların çökməsi, partlaması və ya toqquşması zamanı baş verən sürətli neytron tutulması prosesi nəticəsində formalaşır. Bu zaman atom nüvəsi ardıcıl şəkildə neytronları qəbul edir və qeyri-sabit hala düşərək parçalanır.

Eksperiment zamanı beta gecikməli iki neytron emissiyası ilk dəfə ölçülüb və qalay-133 nüvəsində əvvəllər proqnozlaşdırılan neytron vəziyyəti müşahidə edilib.

Alimlər bildirirlər ki, bu nəticələr ağır elementlərin kosmosda necə yarandığını daha dəqiq izah etməyə kömək edə bilər.

Fatimə Nəbiyeva

Seçilən
31
qht.az

1Mənbələr