Türkiyədə keçiriləcək COP31-i daha yüksək səviyyəyə qaldırmaq istəyirik.
APA xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in təyin olunmuş prezidenti Murat Kurum Bakıda jurnalistlərə açıqlamasında deyib.
O, Türkiyənin Azərbaycanda keçirilən COP29 zamanı əldə edilən uğurlu nəticələri və Braziliyadakı COP30-u əsas götürəcəyini bildirib.
COP31-ə çoxşaxəli sədrlik edəcəklərini vurğulayan nazirin sözlərinə görə, prosesdə hər kəsin səsinin eşidilməsini, cəmiyyətin bütün təbəqələrinin təmsil olunmsını istəyirlər
Murat Kurum qeyd edib ki, əsas prioritet dünya ölkələrinin özlərinə yetə biləcək enerji siyasətini həyata keçirməsidir.