AZ

Azərbaycanda orta aylıq əmək haqqı bir ayda 90 qəpik artıb

2026-cı ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 1 103,8 manat təşkil edib.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 40,9 manat və ya 3,8 faiz artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artaraq 1 062,9 manat təşkil etmişdi.

Bununla yanaşı 2025-ci ilin dekabr ayında orta aylıq əmək haqqı 1 102,9 manat təşkil edib ki, bu da aylıq 90 qəpik və ya 0,1% çoxdur.

Seçilən
31
fed.az

1Mənbələr