İtaliya İraqın Ərbil şəhərində ABŞ-nin hərbi bazasında xidmət edən hərbçilərini təxliyə etməyə başlayıb.
"Cebheinfo.az" bu barədə “Middle East Monitor” – ya istinadən xəbər verir.
İtaliyanın müdafiə naziri Guido Crosetto mətbuata açıqlamasında bildirib ki, İtaliya Ərbildəki ABŞ-nin hərbi bazasında xidmət keçən hərbiçilərini təxliyə edir.
O qeyd edib ki, İtaliya hərbi kontingentinin təxliyəsinin obyektə raket zərbələri endirilməmişdən əvvəl planlaşdırılıb.
Crosetto İranın Ərbildəki bazaya raket hücumları zamanı İtaliya personalı arasında heç bir itkinin və xəsarət alan olmadığını da bildirib.
Nazir, həmçinin bildirib ki, 102 italiyalı hərbiçi öz ölkəsinə geri qayıdıb. Digər hərbiçilər isə İordaniyaya köçürülür.
İtaliyanın rəsmisi əməliyyatın lojistik cəhətdən mürəkkəb olduğunu, qoşunların birbaşa uçuşla çıxarılmasının mümkün olmadığını və təxliyənin yalnız quru yolu ilə həyata keçirildiyini diqqətə çatdırıb.