AZ

Livanda 687 nəfər həlak olub

İsrailin hücumları nəticəsində Livanda 687 nəfər həlak olub. 

“Cebheinfo.az” “Anadolo” Agentliyinə istinadən xəbər verir ki, Livanda həlak olanların sayı artmaqdadır. 

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2 martdan bəri davam edən İsrailin hücumları nəticəsində 98-i uşaq olmaqla 687 nəfər həlak olub. Nazirlik açıqlamasında bildirib ki, qurbanlar arasında 62 qadın və 18 təcili yardım işçisi də var və yaralananların ümumi sayı 1774-ə çatıb. 

Bəyanata görə, yaralılar arasında 304 uşaq, 328 qadın və 45 təcili yardım işçisi var. Qeyd edək ki, martın 2-də Hizbullah İsrailin Livana təkrar hücumlarına və İranın sabiq Ali Rəhbəri Əli Xameneinin öldürülməsinə cavab olaraq İsrail hərbi obyektlərinə hücumlara başlayıb. 

İsrail isə Hizbullaha qarşı əks hücum əməliyyatları həyata keçirir. İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənub ətraflarına, o cümlədən Livanın cənub və şərqindəki ərazilərə raket zərbələri endirib. 

Seçilən
29
cebheinfo.az

1Mənbələr