BAKI, 13 mart. TELEQRAF
Əsas prioritetimiz bir dəfəlik olaraq dünyanın bütün ölkələrinin özünü təmin edə biləcək enerji siyasətlərini həyata keçirməsidir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişiklikləri naziri, COP31-in prezidenti Murat Kurum jurnalistlərə açıqlmasında deyib.
O qeyd edib ki, Türkiyə çox tərəfli bir COP sədrlik prosesi həyata keçirəcək:
“Burada hər kəsi dinlədiyimiz, cəmiyyətin bütün təbəqələrinin nəzərə alındığı, heç kimin geridə qalmadığı bir COP sədrlik prosesini bütün dünyaya nümayiş etdirəcəyik.
Bu gün yaşadığımız mühitin, yaşadığımız böhranların ən böyük səbəbləri enerji ilə bağlıdır. Bu səbəbdən bir tərəfdən də iqlim dəyişikliyi ilə bağlı problemlərin təxminən 70%-i enerji mənbələrindən qaynaqlanır. Emissiyalarımızın 70%-inin enerji mənbəli olduğunu nəzərə aldıqda, hər bir ölkə özünü təmin edə biləcək enerji siyasətini həyata keçirməlidir.
Bərpa oluna bilən enerjini çox nəzərə alırıq və bu sahədə müvafiq addımlar atacağıq”.