AZ

Bu gün şəhid ədliyyə kapitanı Ruhin Xəlilovun doğum günüdür

Bu gün Vətən müharibəsinə könüllü olaraq qatılan Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin əməkdaşı, şəhid Ədliyyə kapitanı Ruhin Xəlilovun doğum günüdür.

QHT.az xəbər verir ki, Ruhin Xəlilov 13 mart 1987-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. Bakı Asiya Universitetinin hüquq fakültəsindən məzun olduqdan sonra Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb və birinci dərəcəli dövlət qulluqçusu olub. Ədliyyə kapitanı olan Ruhin Xəlilov 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinin başlanmasından sonra könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib və cəbhə xəttinə yollanıb. 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərə qatılan Ruhin Xəlilov 21 oktyabr tarixində Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Ruhin Xəlilov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
14
qht.az

1Mənbələr