AZ

İsraildə İranla müharibə başlayandan bəri 3 minə yaxın insan xəstəxanaya yerləşdirilib

İrana qarşı əməliyyatın başlanmasından (28 fevral) İsrail xəstəxanalarına 2 975 nəfər çatdırılıb, onlardan 85-i hazırda müalicə altındadır.

"Report"un İsrail KİV-lərinə istinadən verdiyi məlumatna görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu göstəriciyə həm mülki şəxslər, həm də hərbi qulluqçular daxildir. İsrail Müdafiə Ordusu isə "Hizbullah"ın Livandan həyata keçirdiyi hücumlar nəticəsində 13 nəfərin yaralandığını bildirib.

Məlumata görə, xəstəxanaya yerləşdirilənlərdən 9 nəfərin vəziyyəti ağırdır.

Son 24 saat ərzində xəstəxanalara 213 yaralı çatdırılıb.

Seçilən
2
far.az

1Mənbələr