AZ

Spiker: Korrupsiyaya qarşı mübarizə istiqamətində zəruri tədbirlər davam etdirilib

"Milli tariximizə “Konstitusiya və Suverenlik İli” kimi daxil olan 2025-ci il Azərbaycan dövlətinin siyasi və hüquqi yetkinliyinin rəmzinə çevrilmiş, eyni zamanda, ölkəmizin ardıcıl və dinamik inkişafında yeni mərhələ təşkil edib. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti həm ölkə daxilində, həm də beynəlxalq arenada çoxsaylı böyük uğurların əldə olunmasına şərait yaradıb".

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlament hökumətin illik hesabatının müzakirəsi zamanı deyib. 

Spiker bildirib ki,  Prezidentin təşəbbüsü ilə başlanmış sülh prosesinin institusional əsaslarını möhkəmləndirən, Cənubi Qafqazda yaranmış yeni reallıqları təsbit edən Vaşinqton razılaşmaları dövlətimizin növbəti diplomatik uğuru olub:  

'Həyata keçirilən müstəqil və düşünülmüş xarici siyasət Azərbaycanı beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirmişdir. Bizim dövlətimiz regional və qlobal məsələlərin həllində fəal iştirak etmiş, enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat dəhlizlərinin inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə dəyərli töhfələr verib.  
Azərbaycanın 8 böyük müsəlman ölkəsini birləşdirən D-8 beynəlxalq təşkilatına qəbul edilməsi, Orta Asiya ölkələrinin Məşvərət Şurasının tam hüquqlu üzvü olması böyük tarixi nailiyyətlərdir. İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən Zirvə Görüşü  dövlətimizin siyasi və iqtisadi gücünü bir daha nümayiş etdirmişdir. Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Görüşü isə türk dünyasının inteqrasiyası yolunda mühüm addım olub",- o qeyd edib. 
Spiker əlavə edib ki, son illərdə Azərbaycan regional inkişaf sahəsində ciddi uğurlar qazanıb:  "Azad edilmiş ərazilərin bərpası və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. 

Bu gün Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası reallaşdırılır, yeni iqtisadi və sosial mərkəzlər yaradılır. Böyük qayıdış dövlət proqramı mərhələ-mərhələ həyata keçirilir.  

2025-ci ildə sosial siyasətə xüsusi diqqət yetirilmişdir. Əhalinin rifahının yüksəldilməsi ilə bağlı proqramlar icra olunmuş, sosial müdafiə tədbirləri genişləndirilmiş, səhiyyə və təhsil sistemlərində təkmilləşdirmə işləri aparılıb.

Ötən il ümumi daxili məhsulun artımı davam etmiş, ölkənin strateji valyuta ehtiyatları 20 faizə yaxın artaraq 85 milyard ABŞ dollarını ötmüşdür. Bu da məmnunluqla qeyd edilməlidir ki, iqtisadi artım qeyri-neft-qaz sektorunda daha yüksək olmuş, iqtisadiyyata yönələn investisiyaların təqribən 75 faizi də bu sahənin payına düşmüşdür. 
2025-ci ildə biznes və investisiya mühitinin yaxşılaşdırılması, institusional islahatların aparılması, korrupsiyaya qarşı mübarizə istiqamətində zəruri tədbirlər davam etdirilib".

Mürtəza

Seçilən
14
2
olke.az

3Mənbələr