2025-ci ildə Azərbaycanda vergi orqanları tərəfindən 25,4 min obyektdə Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq vergi nəzarəti tədbirləri həyata keçirilib.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Yoxlama zamanı 18,2 min (və ya 72%) obyektdə qanun pozuntuları aşkarlanıb.
Nəzarət tədbirlərinin nəticələrinə əsasən toplam 28 min akt, o cümlədən qanun pozuntusunun aşkar olunmasına dair 20,6 mln akt tərtib olunub.
Qanunvericiliyin tələblərinə əmal etməyən vergi ödəyicilərinə isə ümumilikdə 52,8 mln. manat maliyyə sanksiyası və 21,4 min manat inzibati cərimə tətbiq edilib.