AZ

Müasir dünyanın parçalanması xaos deyil, müxtəlif ekosistemlərin qarşılıqlı fəaliyyətidir - Yozef Mondl

Bakı. Trend:

Müasir dünya parçalanma ilə xarakterizə olunur, lakin bu, xaosanlamına gəlmir. Əksinə, bu, qarşılıqlı mövcud olan və bir-birinəqarşılıqlı təsir göstərən müxtəlif ekosistemlərin məcmusudur.

Trend xəbər verirki, bu barədə iqtisadçı və çinşünas Sankt-Qallen UniversitetindəÇinşünaslıq üzrə Kompetensiya Mərkəzinin sabiq direktoru YozefMondl bu gün “Keçid dövründə olan dünyada fikir ayrılıqlarınıaradan qaldırmaq” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışızamanı bildirib.

Onun sözlərinə görə, qlobal idarəetmə sahəsində Çinstrategiyasından danışarkən, onu xüsusi bir platforma kimi nəzərdənkeçirmək olar.

“Bu, çevikliyi ilə fərqlənən və müxtəlif ölkələrin iştirakınaaçıq olan strategiyadır. Məhz buna görə də bir çox Çin təşəbbüsləribeynəlxalq mətbuatda fəal şəkildə müzakirə olunur”, - obildirib.

Y.Mondl qeyd edib ki, hazırda ölkələr mücərrəd konsepsiyalaraxtarmırlar. Onlara praktiki nəticələr lazımdır, nəzəri həlləryox.

“Əsas məqsəd də elə budur. Buna görə də, resursların səfərbərolunmasından, təşəbbüslərin irəlilədilməsindən və ya Çinindünyadakı rolundan danışarkən əsas sual bundan ibarət deyil ki, Çinnə zaman güclənəcək, əsas sual odur ki, o yeni əməkdaşlıqsisteminin formalaşmasında hansı rolu oynaya biləcək”, - deyə oəlavə edib.

Seçilən
14
az.trend.az

1Mənbələr