AZ

Türkiyə nədən narahatdır?

Türkiyə İranda vətəndaş müharibəsinə qarşıdır. 

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyanın XİN rəhbəri Yohann David Vadeful ilə baş tutan mətbuat konfransında Türkiyənin İranda vətəndaş müharibəsinə qarşı olduğunu bildirib. 

Yaxın Şərqdə hazırkı vəziyyətə toxunan Türkiyənin XİN rəhbəri qeyd edib ki, İranda vətəndaş müharibəsinin alovlanması və etnik xalqlar və dini qruplar arasında münaqişələrin baş verməsi Türkiyə üçün arzuolunan deyil və Ankara buna qarşıdır. 

Hakan Fidan regionda 15-ci günə qədəm qoyan müharibənin tez bir zamanda bitməsinin vacibliyini vurğulayaraq bildirib ki, Türkiyə bu müharibəyə son qoymaq üçün diplomatik səylərini davam etdirəcək.

O, Prezident Rəcəp Tayyib Ərdoğanın bir çox dünya liderləri ilə danışıqlar apardığını və özünün də bu prosesə cəlb olduğunu da diqqətə çatdırıb.

Hakan Fidan, həmçinin Türkiyənin müharibənin gedişi və nəticələri ilə bağlı "hər hansı bir ssenariyə" hazır olduğunu və Ankaranın bölgədəki Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri gördüyünü açıqlayıb. 

Seçilən
34
cebheinfo.az

1Mənbələr