AZ

"İşte Benim Stilim"in yarışçısı evində ölü tapıldı - FOTO

"İşte Benim Stilim" yarışması ilə tanınan 27 yaşlı moda dizayneri və sosial media fenomeni Ayşegül Eraslan evində ölü tapılıb.

Milli.Az xəbər verir ki, hadisə İstanbulun Ortabayır məhəlləsində baş verib.

Məlumata görə, Eraslanın yaxınları uzun müddət onunla əlaqə saxlaya bilmədikdən sonra evinə gediblər. Qapını döysələr də cavab ala bilməyiblər və bundan sonra polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları mənzilə daxil olduqda Ayşegül Eraslanı hərəkətsiz vəziyyətdə aşkarlayıblar. Təcili tibbi yardım əməkdaşları onun həyatını itirdiyini təsdiqləyiblər.

Hadisədən əvvəl Eraslanın sosial şəbəkədə paylaşdığı son mesaj da diqqət çəkib. O, İnstaqram hekayəsində "Paylaşmadığım, bilmədiyiniz çox şey var. Bildiyim tək şey odur ki, mən yaxşı insan olmuşam və heç kimə pislik etməmişəm" sözlərini yazıb.

Bundan sonra onun qanlı qeydin fotosunu paylaşdığı da bildirilib. Həmin qeyddə həyatında çətinliklər yaşadığını, insanlara həmişə dəyər verdiyini və atasından üzr istədiyini qeyd etdiyi iddia olunur. Paylaşımda həmçinin itlərinə yaxşı baxılmasını istədiyi yazılıb.

Ölümün səbəbinin intihar olub-olmadığı aparılan ekspertiza və istintaqın nəticəsindən sonra məlum olacaq.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
50
milli.az

1Mənbələr