AZ

MSK-nın nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədriMəzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti QazaxıstanRespublikasına səfərə yola düşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiyaşöbəsindən Trend-əverilən məlumata görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyasınınsədri Nurlan Abdirovun dəvəti ilə gerçəkləşdirilən səfərin əsasməqsədi 2026-cı il martın 15-də Qazaxıstanda yeni Konstitusiyanınqəbulu ilə bağlı keçiriləcək referendumu izləməkdir.

Səfər proqramına uyğun olaraq, Azərbaycan Mərkəzi SeçkiKomissiyası sədrinin Qazaxıstanlı həmkarı, həmçinin seçkilərinmüşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçkiidarəetmə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərininkeçirilməsi də nəzərdə tutulur. Görüşlər zamanı qurumlararasıəlaqələrin inkişaf perspektivləri, seçkilərlə əlaqədar müxtəlifsahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlımaraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsininaparılması planlaşdırılır.

Azərbaycan Mərkəzi Seçki Komissiyası Qazaxıstanda yeniKonstitusiyanın qəbulu ilə bağlı referendumun müşahidəsindəmüxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də təmsil olunur. Beləki, Komissiyanın digər nümayəndələri beynəlxalq müşahidəçi qismindəTürk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyasıvə Müstəqil Dövlətlər Birliyi missiyalarının tərkibində sözügedənreferendumun müşahidəsində iştirak edirlər.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü paytaxtAstana şəhərində yerləşən məntəqələrdə referendum prosesinimüşahidə edəcəklər.

Seçilən
67
9
az.trend.az

10Mənbələr