Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Texas A&M Universitetinin alimləri qara gilasın tərkibindəki antoksianların süd vəzi xərçənginin ən təhlükəli növlərindən birinin inkişafını ləngitdiyini müəyyən ediblər. "International Journal of Molecular Sciences" nəşrində dərc olunan araşdırmaya görə bu təbii birləşmələr şiş hüceyrələrinin çoxalmasını zəiflədir və xəstəliyin yayılma riskini azaldır. Tədqiqat xüsusilə müalicəyə çətin tabe olan "üçqat neqativ" süd vəzi xərçəngi üzərində aparılıb.Demokrat.az xəbər verir ki, siçanlar üzərində keçirilən təcrübələr göstərib ki, gilas ekstraktı şişin böyüməsini nəzərəçarpacaq dərəcədə yavaşladır. Ən diqqətçəkən nəticə isə ağciyərlərdə yaranan metastazlarla bağlı olub. Antosian qəbul edən heyvanlarda metastaz sahəsinin digər qruplara nisbətən xeyli kiçik olduğu müşahidə edilib. Həmçinin bu maddələrin şiş hüceyrələrinin həyatda qalmasına və iltihaba cavabdeh olan genlərin aktivliyini azaltdığı bəlli olub.Tədqiqatın gedişində gilas antosianlarının kimyaterapiya ilə birlikdə tətbiqinin müalicə müddətini sürətləndirdiyi də üzə çıxıb. Ekspert rəylərinə görə bu maddələr orqanizmdə toksik təsir yaratmır və heyvanların çəkisini qorumasına kömək edir. Alimlər bu nəticələrin ümidverici olduğunu desələr də gilası əsas müalicənin əvəzedicisi kimi görməyin hələ tez olduğunu bildirirlər. Bu kəşf gələcəkdə ağır xərçəng növlərinə qarşı əlavə terapiya üsullarının hazırlanmasına yol aça bilər.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.