AZ

Azərbaycan kinosunun yaddaşlarda yaşayan siması Nodar Şaşıqoğlu

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Xalq artisti Nodar Şaşıqoğlunun doğum günüdür

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan tamaşaçıları onu daha çox “Uzaq sahillərdə” filmində oynadığı “Mixaylo” obrazı ilə yadda saxlayıb. Rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı bu filmdə Nodar Şaşıqoğlu Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə “Mixaylo” rolunun öhdəsindən məharətlə gəlib.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti, görkəmli teatr və kino aktyoru Nodar Şaşıqoğlunun anadan olmasından 99 il ötür.

“Mosfilm”, “Odessa” və Aleksandr Dovjenko adına kinostudiyalarda istehsal olunmuş müxtəlif filmlərdə aparıcı rolları ifa edən Nodar Şaşıqoğlunun yaradıcılığında “Azərbaycanfilm” kinostudiyasında yaratdığı obrazlar xüsusi yer tutur. Aktyorun çəkildiyi çox sayda filmlərdə məharətlə canlandırdığı surətlər kinematoqrafiya tarixinin parlaq səhifələrini təşkil edir. Nodar Şaşıqoğlu yüksək əxlaqi-mənəvi keyfiyyətlər təlqin edən romantik xarakterli qəhrəmanların obrazlarının mahir ifaçısı kimi tanınırdı. Azərbaycan kinosunun unudulmaz qəhrəmanlarının uğurlu ekran həyatı məhz onun bənzərsiz ifası ilə bağlıdır. Misilsiz ustalıqla yaradılan həmin obrazlar sənətşünaslar tərəfindən həmişə yüksək qiymətə layiq görülüb. Nodar Şaşıqoğlunun yarım əsrdən artıq bir dövrü əhatə edən bu dolğun və zəngin fəaliyyəti gənc aktyorlar nəsli üçün sənət məktəbi olub.

Görkəmli kinorejissor Tofiq Tağızadə teatr səhnəsində aktyorun bacarığını görüb “Uzaq sahillərdə” filmində Mehdi Hüseynzadə roluna dəvət edib. Nodar Şaşıqoğlu müsahibələrində bildirir: “O vaxt adım afişalarda “Nodar Şaşıq” kimi yazılırdı. Rejissorla tanış olanda təsadüfən özümü Nodar Şaşıqoğlu kimi təqdim etdim. Elə o vaxtdan da bu soyad rəsmiləşdi”.

Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

O, 2013-cü il aprelin 12-də Bakıda vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azertag.az

1Mənbələr