“İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir qeyd edib ki, 2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş, ümumilikdə tapıntıların sayı 237 min ədəd təşkil etmişdir:
“2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır”.
Vilayət Muxtar
“Cebheinfo.az”