“Qarabağ” yeni mövsüm üçün ilk transferini etməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, “Omoniya”nın vingeri Jali Muaddib Azərbaycan çempionu ilə razılığa gəlib. 25 yaşlı fransalı futbolçunun “Qarabağ”la 3 illik müqavilə imzaladığı bildirilir.
Muaddib yayda “Omoniya” ilə müqaviləsi başa çatdığı üçün Ağdam klubuna azad agent kimi qoşulacaq.
“Qarabağ” onu Abdullah Zubirə alternativ kimi görür.