AZ

"Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır"

"İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir".

Redaktor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı zamanı dedi.

O əlavə etdi ki, 2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib:

"Ümumilikdə tapıntıların sayı 237 min ədəd təşkil edib. 2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır".

Nuriyyə NATİQQIZI

Seçilən
59
5
redaktor.az

10Mənbələr