AZ

Bu il 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır

2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın təqdimatında bildirib.

“İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir. 2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, ümumilikdə tapıntıların sayı 237 min ədəd təşkil edib. Bu minalarla çirklənmiş ərazilərin 3-də bir hissəsidir. 2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır”, - deyə Baş nazir qeyd edib.

Seçilən
49
5
apa.az

10Mənbələr